Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda avtomobil xəstəxananın divarını uçuraraq yanıb - FOTO

Bakıda avtomobil xəstəxananın divarını uçuraraq yanıb - FOTO


1-06-2022, 13:26. Yazar: Xeberaz

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

Qəza Mirəsədulla Mirqasımov və Mərdənov qardaşları küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobili idarə edən şəxs yüksək sürətlə Mirəsədulla Mirqasımov küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib.

Avtomobil 1 saylı xəstəxanın hasarını uçuraraq içəri daxil olub.

Maşının sürücüsü və sərnişini komatoz vəziyyətinə düşüb.

Onlar xəstəxana işçilərinin köməkliyi ilə maşından çıxarılaraq reanimasiyaya çatdırılıb.

Daha sonra avtomobil yanmağa başlayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Alovun ətrafa keçməsinin qarşısı alınıb.

Hazırda hər iki yaralının vəziyyəti ağırdır.


Məqaləyə dair fotomateriallar:



Geri dön