Ana Sayfa > Karusel / Gündəm / M2 > Türkiyəyə gedənlərin NƏZƏRİNƏ - Bu tələb ləğv edildi

Türkiyəyə gedənlərin NƏZƏRİNƏ - Bu tələb ləğv edildi


1-06-2022, 13:02. Yazar: Xeberaz



Türkiyə hökuməti pandemiya ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilən PCR testinin və ya antigen testinin nəticəsinin ölkəyə daxil olarkən təqdim edilməsi barədə tələbi ləğv edib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

“İyunun 1-dən ölkəyə daxil olmaq üçün bütün sərhəd məntəqələrində girişə maksimum 72 saat qalmış təqdim edilməli olan PCR testinin mənfi nəticəsi olan sertifikatların tələbi ləğv olunur”, - deyə məlumatda qeyd olunub.

Həmçinin, 48 saat ərzində verilmiş mənfi nəticəli sürətli anticisim testi tələb olunmayacaq



Geri dön