Ana Sayfa > Karusel / Hadisə > Salyanda 30 yaşlı kişini qılıncla yaraladılar

Salyanda 30 yaşlı kişini qılıncla yaraladılar


28-05-2022, 11:18. Yazar: Xeberaz



Salyan sakini başından yaralanıb.

Məlumata görə, hadisə Xalac kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Səmədov Əlqayıt Namiq oğlu baş nahiyəsinin kəsilmiş-yarılmış yarası ilə Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralının dediyinə görə, o, qohumu tərəfindən qılıncla vurulub.

Faktla bağlı araşdırma aparılır.


Geri dön