Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azərbaycanlı müğənni “Galendewagen”lə qəza TÖRƏTDİ

Azərbaycanlı müğənni “Galendewagen”lə qəza TÖRƏTDİ


27-05-2022, 12:16. Yazar: Xeberaz


Müğənni Aytac Vidadiqızı ağır avtomobil qəzası keçirib. 

Sənətçinin “Galendewagen” markalı avtomobili qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Onun idarə etdiyi maşın yararsız hala düşüb. 

Hər iki avtomobilə ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Hazırda sənətçinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, ifaçı bir müddət əvvəl etdirdiyi bədən şəkilləndirmə əməliyyatı ilə gündəmə gəlmişdi.


Geri dön