Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda DƏHŞƏT: Ər arvadını güllələdi

Azərbaycanda DƏHŞƏT: Ər arvadını güllələdi


26-05-2022, 10:20. Yazar: Xeberaz

Azərbaycanda DƏHŞƏT: Ər arvadını güllələdi


Bərdədə kişi arvadını güllələyərək öldürüb.

Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, mayın 25-də saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




Geri dön