Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azərbaycanda ata övladını bilmədən belə öldürdü

Azərbaycanda ata övladını bilmədən belə öldürdü


24-05-2022, 12:43. Yazar: Xeberaz


Lənkəranda azyaşlı N. Quluzadənin ölümü ilə bağlı təfərrüatlar məlum olub.
Rayonun Horavenc kənd sakini Zöhrab Quluzadə oğlu 9 yaşlı Nemət Quluzadəni həmin kənddə özünün “ZİL” markalı avtomobilinin qabaq buferində əyləşdirib. Daha sonra onu idarə etməyə başlayıb. Bu zaman uşaq müvazinətini itirərək yerə yıxılıb və yük maşınının sağ təkəri altında qalıb.
Onu dərhal rayon mərkəzi xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.



Geri dön