Ana Sayfa > Karusel / Foto-fakt / Texnologiya > “Instagram” özünün “Instagram Sans” şriftini təqdim etdi - FOTO

“Instagram” özünün “Instagram Sans” şriftini təqdim etdi - FOTO


24-05-2022, 11:26. Yazar: Xeberaz

“Instagram” özünün “Instagram Sans” şriftini təqdim etdi - FOTO



“nstagram” loqosunun rəngində dəyişiklik elan edib və yeni korporativ şrifti təqdim edib.
Loqonu daha parlaq və canlı etmək üçün sosial şəbəkə onu innovativ 3D modelləşdirmə ilə yeniləyib.
Yeni şriftə gəlincə isə ona “Instagram Sans” adı verilib. Şrift sosial şəbəkənin loqosundan ilham alınaraq yaradılıb. O, əsasən kvadrat və dairələrin birləşməsindən hazırlanıb.
“Instagram Sans”ın simvolları təkcə ingilis dili üçün deyil, ərəb, tay, yapon və digər dillər üçün də uyğunlaşdırılıb. Sosial şəbəkə yeni şriftdən reklam kampaniyaları çərçivəsində istifadə edəcək. Yeni simvollara “Hekayələr” bölməsində də rast gəlmək mümkün olacaq.












Geri dön