Ana Sayfa > Karusel / Səhiyyə / M2 > “Meymun çiçəyi” xəstəliyini Rusiya yayıb? - Sensasiyalı iddia

“Meymun çiçəyi” xəstəliyini Rusiya yayıb? - Sensasiyalı iddia


23-05-2022, 10:41. Yazar: Xeberaz

Böyük Britaniyanın "Mirror" nəşri Rusiyanı "meymun çiçəyi" xəstəliyini yaymaqda ittiham edib.
Materialın müəllifləri Rusiya Federasiyasının "meymun çiçəyi" xəstəliyindən bioloji silah kimi istifadə imkanını nəzərdən keçirdiyini bildiriblər. 
Müəlliflər məqalədə sovet ordusunun keçmiş polkovniki, mikrobioloq Kanatjan Alibekova istinad ediblər. Alibekov "meymun çiçəyi" ilə bağlı təcrübələrin davam etdiyini qeyd edib. Mikrobioloq onu da bildirib ki, Rusiyada bioloji silahların yaradılması üzrə işlər dayandırılmayıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada 92 təsdiqlənmiş "meymun çiçəyi"nə yoluxma hadisəsinin olduğu barədə məlumat yayıb. Yoluxan şəxslər haqqında məlumat endemik olmayan 12 ölkədən ötürülüb.

Geri dön