Ana Sayfa > Karusel / Şou-Biznes > “Qavalı Zabitə mən pulla satmışam, onun heç xəbəri yoxdur ki, bu kimin qavalıdır...”

“Qavalı Zabitə mən pulla satmışam, onun heç xəbəri yoxdur ki, bu kimin qavalıdır...”


21-05-2022, 12:01. Yazar: Xeberaz


"Bu qaval mənim müəllimim Səlim Ağayarın qavalıdır. Mən muğam sinfini bitirmişəm. Səlim müəllim Milli Folklor Ansamblının bədii rəhbəri idi. O rəhmətə gedəndən sonra qavalını qızlarından aldım. Sonra dedim ki, mən də onsuz muğam oxumuram, qoy bu qaval normal bir insanın əlində olsun ki, onu istifadə etsin. Zabitə dedim ki, bir qaval var, istəsən sənə sataram. Çünki ona lazım idi. Qavalı Zabitə hədiyyə etməmişəm, satıb pulunu da aparıb Səlim müəllimin övladlarına vermişəm. Çünki pula ehtiyacları var idi".
Bunu açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib. O daha sonra qavalın Rübabə Muradovanın olmadığını bildirib.
"Mən həmin qavalı Zabitə satanda deməmişəm ki, qaval Rübabə Muradovanındır. Rübabə xanımın heç adı çəkilməyib. Zabitin heç nədən xəbəri yoxdur, qavalı ona satan mənəm. İndi siz deyirsiniz, mən eşidirəm. Bu qaval Rübabə xanımın deyil. Yadıma gəlir ki, Səlim müəllim o vaxt qaval yığdırırdı. Deyirdi ki, bu qaval çox bahalıdır" deyə müğənni bildirib.


Geri dön