Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt > Afaq yayılan yarıçılpaq şəkillərindən danışdı - FOTO

Afaq yayılan yarıçılpaq şəkillərindən danışdı - FOTO


24-08-2015, 19:47. Yazar: Xeberaz
Afaq yayılan yarıçılpaq şəkillərindən danışdı - FOTO
“Çəkdirdiyim fotosessiyaların tez-tez müzakirə mövzusu olması məni elə də narahat etmir”.

Şou-biznesdə qalmaqallı açıqlamaları ilə tanınan müğənni Afaq Aslan çimərlik geyimində çəkdirdiyi şəkillərdən danışıb.

Xeberaz.az -n məlumatına gorə, Oxu.Az-a açıqlama verən ifaçı müzakirələrə səbəb olan fotoları barəsində bu sözləri deyib:

“Sosial şəbəkədə yazıblar ki, Afaq soyundu, Afaqın yarımçılpaq fotosu yayıldı. Başa düşə bilmirəm ki, dənizdə “şuba”yla, xələtlə çimməliyəm? Bəzi şou-biznes nümayəndələrindən fərqli olaraq soyunub, şəhərdə gəzmirəm. Nə də ki, çimərlik geyimində efirə çıxmıram. Çəkdirdiyim fotosessiyaların tez-tez müzakirə mövzusu olması məni elə də narahat etmir. Bircə onu bilirəm ki, şou-biznesdə paxıllığımı çəkən həmkarlarım çoxdur. O paxılların da cavabını zamanla Allah verir. Başım hazırda həyata keçirəcəyim sürpriz layihəyə qarışıb. Sentyabr ayından etibarən tamaşaçılar məni fərqli ampluada görəcəklər. Həmin layihənin nədən ibarət olduğunu isə öncədən açıqlamaq istəmirəm. Çox az qalıb. Görəcəksiniz”.

A.Aslan daha sonra yaradıcılıq işindən danışıb:

“Yeni bir mahnı ifa etmişəm. Bəstə “Çaşma” adlanır. Mahnının sözləri məni qarşı çaşan insanlara ünvanlanıb. Bəstənin sözləri Altay Yaşara, musiqisi isə Fərahimə məxsusdur. Düşünrəm ki, bu mahnım seviləcək”.


Geri dön