Ana Sayfa > Karusel / Səhiyyə > Adi soğan möcüzələr yaradır - öskürək, boğaz ağrısı, iltihab, qurdlar...

Adi soğan möcüzələr yaradır - öskürək, boğaz ağrısı, iltihab, qurdlar...


20-05-2022, 10:54. Yazar: Xeberaz


Bir çox yüngül xəstəliklərin müalicəsində təbii üsullar sağlamlıq üçün ən yaxşı vasitələrdəndir.
Təbii vasitələr sintetik vasitələrədən daha təhlükəsizdir. Həmçinin ucuz başa gəlir. Soğan bu mənada möcüzəli bir tərəvəzdir.Xalq təbabətində  soğanın köməyi ilə bir çox xəstəliklər müalicə olunur. 
Öskürək
Soğan suyu öskürək əleyhinə ən effektli siropdur. Soğan şirəsini sıxıb eyni miqdarda balla qarışdırın və gün ərzində 3 dəfə 1 x.q. olmaqla qəbul edin.
Qızdırma
Tibb.az bildirir ki, bu üsulu əsasən uşaqlara tətbiq etmək yaxşı olardı. Uşaqda temperatur qalxdıqda, soğan əzilib suyu üzüm ya alma sirkəsi ilə qatışdırılır. Sonra isə uşağın corabını bu məhlulla  isladıb, ayağına geyindirmək lazımdır. 10- 15 dəqiqəyə istilik düşəcək.
Boğaz iltihabı
Boğazda iltihab zamanı boğazınızı soğan suyu ilə qarqara edin.
Üşütmə
Çox üşümüsünüzsə, çiy soğan yemək canınıza hərarət gətirəcək.
Qanı dayandır
Barmağınızı kəsmisinizsə, kəsilən yerə soğan parçası qoyub bağlamaq qanı dayandıracaq.
Çapıqları azaldır
Soğanın köməkliyi ilə çapıqların ölçülərini kiçiltmək olar. Bunun üçün soğan suyu ilə davamlı olaraq çapıqları silmək lazımdır.
Soğan iltihabı azaldır
Soğan suyu orqanizmdə iltihabla mübarizə etmək üçün ən yaxşı üsuldur.
Dodaqlarda herpes
Herpesin ilk simptomlarında bu yerə soğan şirəsini çəkin.
Qurdları müalicə edir
Soğan güclü qurdqovucu vasitədir. Bu məqsədlə uşaqlara hər gün çıy soğan yedizdirin və ya soğan suyu içirdin.
Göynəmə ilə mübarizə
Günəş yanğısı xoşa gələn hal deyil. Soğan suyu ilə isladılmış əskini 2 dəqiqəlik göynəmənin üzərinə qoyulması, yaxşı effekt verir. Sonra isə göynəyən yerin üzərinə yumurta ağı çəkmək həm ağrını sakitləşdirəcək, həm də çapıq qalmağa qoymayacaq
Arı sancması
Sizi arı sancıbsa, həmin yeri sıxın, sonra üzərinə ağ soğan parçası qoyun. Bu ağrını azaladacaq , zəhəri məhv edəcək və dərini qıcıqlanmağa qoymayacaq.


Geri dön