Ana Sayfa > Karusel / Gündəm / M2 > Yağışlar Ceyranbatan su anbarında suyu çirkləndirib? - AÇIQLAMA

Yağışlar Ceyranbatan su anbarında suyu çirkləndirib? - AÇIQLAMA


18-05-2022, 10:53. Yazar: Xeberaz


Son günlər yağan yağışlar Ceyranbatan su anbarında suyun çirklənməsinə səbəb ola bilməz.
Bunu  açıqlamasında "Azərsu" ASC-nin Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev bildirib.
O qeyd edib ki, Ceyranbatan su anbarı Taxtakörpü su anbarından gələn su ilə qidalanır.
"Yağış suları Ceyranbatan su anbarını çirkləndirə bilməz. Belə bir hal müşahidə olunmur. Yalnız güclü küləklər nəticəsində xam suyun bulanıqlıq və bakteroloji göstəriciləri dəyişə bilər. Ancaq su emal olunduqdan sonra heç bir təhlükə kəsb eləmir", - deyə o bildirib.

Geri dön