Ana Sayfa > Karusel / Dünya / M2 > Azərbaycanlı qadın Rusiyada məktəbli formasını oğurlamağa cəhd etdi

Azərbaycanlı qadın Rusiyada məktəbli formasını oğurlamağa cəhd etdi


24-08-2015, 15:19. Yazar: Xeberaz
Azərbaycanlı qadın Rusiyada məktəbli formasını oğurlamağa cəhd etdi
Cinayət işi açılıb.

Avqustun 22-də Rusiyanın Saratov şəhərində Azərbaycan vətəndaşı olan qadın məktəbli formasını oğurlamağa cəhd edib.


İlkin məlumatlara əsasən, saat 15:30 radələrində Kirov prospektində yerləşən “Uşaq dünyası” (“Detskiy mir”) mağazasına 48 yaşlı qadın gəlib. O, 3300 rubl (50 man. - red.) dəyərində məktəbli formasını oğurlamağa cəhd edib. Lakin cinayət əməli baş tutmayıb, o saxlanılıb.

Məlum olub ki, şübhəli şəxs 2010-cu ildən miqrasiya kartı əsasında Saratovda yaşayır. Azərbaycanlı qadına qarşı oğurluğa cəhd maddəsi ilə cinayət işi açılıb.Oxu.Az
Geri dön