Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Sel Şəkidə bir sıra fəsadlara səbəb olub - VİDEO

Sel Şəkidə bir sıra fəsadlara səbəb olub - VİDEO


15-05-2022, 11:55. Yazar: Xeberaz


Ötən gün Şəkinin Göybulaq kəndinə yağan yağışlar nəticəsində yaranan sel bir sıra fəsadlara səbəb olub.
Xeberaz.Az Xəzər TV-yə istinadən bildirir ki, kəndin işıq dirəkləri əylib, həyətləri su basıb, evlər isə yayarsız hala düşüb.
Sel kənddə orta məktəbin hasarını dağıdaraq içəri daxil olub. İki yerdən 325 metrədək divarlar dağılıb, torpaq uçqunu yaranıb.
Yağan leysan sonda doluya çevrilib.
Hadisə nəticəsində mərkəzi istilik sisteminə də zərər dəyib.
Faktla əlaqədar Göybulaq kənd icra nümayəndəsi bildirib ki, artıq bu barədə aidiyyətı qrumlara məlumat verilib, lazımi tədbirlər görüləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Geri dön