Ana Sayfa > Karusel / Hadisə > Qəbələdə iki avtomobil toqquşub, ölənlər və yaralananlar var

Qəbələdə iki avtomobil toqquşub, ölənlər və yaralananlar var


15-05-2022, 11:24. Yazar: Xeberaz


Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında Qəbələ-Əmili avtomobil yolunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Məlumata görə, qəzada ölənlər qohumdurlar.
Faktla bağlı araşdırma aparılır.

Geri dön