Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > “Ağladı ki, uşaqlar məndən qorxur” - Dili olmayan övladı üçün göz yaşı tökən qazi - VİDEO

“Ağladı ki, uşaqlar məndən qorxur” - Dili olmayan övladı üçün göz yaşı tökən qazi - VİDEO


15-05-2022, 11:15. Yazar: Xeberaz

ATV-nin "Bizimləsən" proqramına üz tutan ailə övladı üçün yardım istəyib.
Anadangəlmə dil qüsuru olan Ayxanın valideynləri efirdə övladları üçün yardım istəyiblər. 44 günlük Qarabağ müharibəsinin qazi olan ata, oğlu haqqında danışarkən göz yaşına boğulub.
Ayxanın anası isə, övladından eşitdiyi sözləri danışaraq kövrəlib.
"Övladımın anadangəlmə dili yoxdur. Danışmağında qüsur var, normal danışa bilmir, yemək yeyə bilmir. Ana bətnində olarkən həkimin verdiyi səhv dərmana görə, övladım inkişafdan qalıb.
Bir gün küçədə uşaqlarla oynayan zaman, ağlayaraq gəldi. Dedim Ayxan niyə gəldin? Dedi ki, heçnə, getmirəm! Uşaqlar məndən qorxur. Mənə deyirlər ki, sənin dilin yoxdur. Çox pis oldum. Təsəvvür edin ki, bu bir ana üçün nə deməkdir!"


Geri dön