Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Görmə qabiliyyətini itirən qadın - Həkimlər seçim qoydu: Ya gözlərin ya oğlun - VİDEO

Görmə qabiliyyətini itirən qadın - Həkimlər seçim qoydu: Ya gözlərin ya oğlun - VİDEO


14-05-2022, 10:10. Yazar: Xeberaz

Görmə qabiliyyətini itirən qadın - Həkimlər seçim qoydu: Ya gözlərin ya oğlun - VİDEO



"Gözlərim tutulandan sonra yatmağı çox sevirəm. Çünki yuxuda uşaqlarımı görürəm".
Bu sözləri Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin növbəti qəhrəmanı Türkan Hüseynova deyib.
Görmə məhdudiyyətli Türkanın 3 övladı var. Sonuncu övladına hamilə olarkən həkimlər ona bu uşağı dünyaya gətirəcəyi təqdirdə görmə qabiliyyətini itirəcəyini deyib. Lakin ana övladının həyatını üstün tutaraq gözlərini ona qurban verib.
Ən böyük arzusu övladlarının üzünü görmək olan ana onları böyüdərkən yaşadığı çətinliklərdən də bəhs edib.
“Kirayə yaşadığmız evi dəyişəndə əziyyət çəkirik. Mühitə alışıram, sonra başqa evə köçməli oluruq və hər şey yenidən başlayır”, - deyə o qeyd edib.









Geri dön