Ana Sayfa > Karusel / Maraqlı > Saçların tez ağarmasına səbəb olan - 5 zərərli vərdişlər

Saçların tez ağarmasına səbəb olan - 5 zərərli vərdişlər


13-05-2022, 09:19. Yazar: Xeberaz


Saçların, bədən tüklərinin ağarması normal təbii prosesdir, onun qarşısını almaq olmur, lakin hazırda gənclərdə erkən ağarma çoxalıb.
Buna səbəb olan bəzi faktorlar var.
Alimlər ağ saçların birinci səbəbinin genetik, irsi olduğunu deyir. Dədə-babalarınızın saçı-başı nə qədər tez ağarıbsa, sizdə də bu təkrarlanacaq.
Məlum olub ki, asiyalılar vaxtından əvvəl ağarmaya meyillidir, nəinki digər irqlər.
Həkimlər saçların vaxtından əvvəl ağarmasına səbəb olan insan amili, 5 zərərli vərdişi və faktoru sadalayıb.
1. Zəif qidalanma, orqanizmdə vacib elementlərin, vitaminlərin azlığı
Saçlar üçün dəmir, D vitamini, kalsium, selen, sink çox vacibdir. Qanazlığı olan insanların saçı cansızlaşır. B vitamin, yod, fol turşusu, eləcə də hormonların əskikliyi baş dibindəki tük hüceyrələrinin qidalanmasını pozur
İnsanın saçlarının vəziyyəti birbaşa onun qidasından asılıdır.
2. Siqaret, nikotin
Hətta özünüz çəkməsəniz belə, ailə üzvünün hər gün siqaret çəkməsi saçların qan dövranını pozur.
3. Yüksək stress, təşviş, depressiya
Daim fikir çəkən, əsəbi insanların saçının ağardığı qədimdən məlumdur. Eləcə də normal yuxu almayanların saçı tez ağarır.
4. Autoimmun xəstəliklər, zob, mədə-bağırsaq xəstəlikləri
Bu xəstəlikləri vaxtında aşkar etməmək, qarşısını almamaq, müalicə olunmamaq dəri, saçlara da mənfi təzahürünü göstərir.
Mədə-bağırsaq xəstə olduqda, faydalı maddələr bədənə sovrulmur.
5. Kimyəvi maddələrin təsiri, çirkli mühit
Saçların tez-tez kimyəvi maddələrə məruz qalması, keratin, boya, lak, zərərli şampunlar, isti fenlər, müxtəlif gellər, prosedurlar saçların strukturunu pozur, onların piqmentasiyasını azaldır.
Saçlarla bağlı problemlərə dermatoloq və trixoloqlar baxır. Əgər çox erkən ağarma varsa, bu faktorlara baxın və həkimə gedin.

Geri dön