Ana Sayfa > Karusel / Hadisə > Sumqayıtda mikroavtobus aşıb, 7 nəfər xəsarət alıb

Sumqayıtda mikroavtobus aşıb, 7 nəfər xəsarət alıb


11-05-2022, 10:54. Yazar: Xeberaz


Sumqayıtda "Hyundai" markalı mikroavtobus aşıb, xəsarət alanlar var.
Xeberaz.Az APA-ya istinadən bildirir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda qeydə alınıb. Şirkətə məxsus mikroavtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarina aşırıb. Qəza nəticəsində 7 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator nəzarətə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.

Geri dön