Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > İmişlidə mikroavtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var - FOTO

İmişlidə mikroavtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var - FOTO


7-05-2022, 15:35. Yazar: Xeberaz






İmişlidə yol qəzası baş verib.
Məlumata görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun İmişli rayonunun Xəlifəli kəndindən keçən hissəsində qeydə alınıb.
"Mercedes” markalı mikroavtobusun "Mercedes” markalı minik maşını ilə toqquşması nəticəsində Beyləqan sakinləri, 1994-cü il təvəllüdlü Quluzadə Allahverdi Mübariz oğlu, 1987-ci il təvəllüdlü Quliyev Rafət İlqar oğlu və Sabirabad rayonunun Qalaqayın kənd sakinləri, 1993-cü il təvəllüdlü Qurbanov Akif Musa oğlu, 1993-cü il təvəllüdlü Məmmədov Elşən Mehman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 
 

 

 

 

  • PAYLAŞ



Geri dön