Ana Sayfa > Karusel / Siyasət / Foto-fakt > Zelenskinin xaki rəngli gödəkçəsi 90 min funta satıldı - FOTO

Zelenskinin xaki rəngli gödəkçəsi 90 min funta satıldı - FOTO


7-05-2022, 10:07. Yazar: Xeberaz

Zelenskinin xaki rəngli gödəkçəsi 90 min funta satıldı - FOTO 


Ukrayna Prezidenti Volodimir Zelenskinin geyindiyi  gödəkçə "Christie's" xeyriyyə hərracında 90 min funt-sterlinqə (188,8 min manat) satılıb.
Bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Hərraca rəhbərlik edən Böyük Britaniyanın Baş naziri Boris Conson hərrac başlamazdan əvvəl gödəkçənin dəyərinin 50.000 funt-sterlinq başlanğıc qiymətini keçməli olduğunu söyləyib. 
Satışdan əldə olunan bütün gəlirlər Ukraynaya humanitar yardıma yönəldiləcək.
Zelenski videobağlantı vasitəsilə hərrac iştirakçılarına müraciət edərək dəstəklərinə görə Britaniya və Consona təşəkkür edib. 
Həmçinin hərracdakı lotlar arasında Ukrayna prezidenti ilə Kiyevdə gəzinti zamanı Consona hədiyyə edilmiş xoruz formasında küp də var.








Geri dön