Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda 17 yaşlı qızı siqaretlə aldatdılar

Bakıda 17 yaşlı qızı siqaretlə aldatdılar


23-08-2015, 14:03. Yazar: Xeberaz
Bakıda 17 yaşlı qızı siqaretlə  aldatdılar
Müraciət əsasında araşdırma aparılır.

Bakıda dələduzluq hadisəsi baş verib.

Xəbəraz Lent.az-a istinadən xəbər verir ki, 8-ci Polis Bölməsinə müraciət edən Zəngilan rayon sakini, 1971-ci il təvəllüdlü Məmmədov Azər Erman oğlu tanımadığı şəxslərin onun evinin içində yerləşən marketdə satıcı işləyən qızını aldatdığını bildirib.

Şikayətçinin sözlərinə görə, 2 nəfər naməlum şəxs marketə gələrək 17 yaşlı Məmmədova Nərmin Azər qızından 5 qutu siqaret istəyiblər və piştaxtanın üstünə 50 manat qoyublar.

Satıcı qız siqaretləri verəndən sonra onlara qalıq kimi 40 manatı da verib. Lakin həmin şəxslər gedərkən əvvəlcədən piştaxtanın üstünə qoyduqları 50 manatlığı da özləri ilə aparıblar.

Müraciət əsasında araşdırma aparılır.
Geri dön