Ana Sayfa > Karusel / İdman / Fotogalereya > Azərbaycan Türkiyəyə qalib gəldi

Azərbaycan Türkiyəyə qalib gəldi


23-08-2015, 13:48. Yazar: Xeberaz
Azərbaycan Türkiyəyə qalib gəldi
Növbəti rəqibimiz Macarıstandır.

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Estoniyanın Parnu şəhərində təşkil olunmuş Avro Liqanın Super Final mərhələsində Türkiyə yığması ilə qarşılaşıb.

Xəbəraz xəbər verir ki, millimiz 7:6 hesabı ilə qələbə qazanıb.

Sabir Allahquliyevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Ramil Əliyev, Amid Nəzərov, Orxan Məmmədov, Comərd Baxşəliyev və Asif Zeynalov fərqlənib.

Qeyd edək ki, yığmamız qrupda 1 xal ilə 3-cü yeri tutub, və digər qrupun üçüncüsü Macarıstan komandası ilə 5-ci yer uğrunda oynayacaq.
Geri dön