Ana Sayfa > Karusel / İdman / M2 > Səlahət Ağayev millidən uzaqlaşdırıldı

Səlahət Ağayev millidən uzaqlaşdırıldı


25-03-2015, 01:12. Yazar: Farrukh
Səlahət Ağayev millidən uzaqlaşdırıldı

Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Xeberaz.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qapıçı Səlahət Ağayev səhhəti ilə əlaqədar olaraq heyətdən kənarlaşdırılıb.
“İnter”in qapıçısını kimin əvəzləyəcəyi də artıq bəllidi. Baş məşqçi Robert Prosineçki Almaniyanın “Ayntraxt” klubunun formasını geyinən Emil Balayevi yığmaya cəlb edib.
Qeyd edək ki, martın 22-dən toplaşan milli komandamız ayın 28-də Avro-2016-nın seçmə qrup mərhələsi çərçivəsində Maltanı qəbul edəcək.
Geri dön