Ana Sayfa > Karusel / Hadisə > Sumqayıtda zavodda qaz balonu partladı: ÖLƏN VAR

Sumqayıtda zavodda qaz balonu partladı: ÖLƏN VAR


5-05-2022, 10:00. Yazar: Xeberaz

Mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və çatdırıldığı xəstəxanada ölmüşdür.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Geri dön