Ana Sayfa > Karusel / Gündəm / Xəbəraz TV > DYP bu sürücülərə xəbərdarlıq etdi: Cərimə olunacaqsınız - VİDEO

DYP bu sürücülərə xəbərdarlıq etdi: Cərimə olunacaqsınız - VİDEO


2-05-2022, 14:01. Yazar: Xeberaz


Özləri üçün başqa bir avtovağzal düzəldib, qanunsuz olaraq rayonlara sərnişin daşıyırlar.  Demək bu sürücülər Bakı Beynəlxalq Avtovağzalına gedib, oradakı sərnişinlərlə  razılaşaraq, onları  öz ərazilərinə gətirirlər. Buradan isə , kiçiktutumlu  avtobuslar ilə gedəcəyi bölgəyə yola salırlar. Bütün bunlar yol polisinin bayramla əlaqədar keçirdiyi reyd zamanı aşkarlanıb. Başqa neqativ hallar da var.
Xeberaz.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında gizli avtovağzal fəaliyyət göstərir.
Bu ərazini özlərinə avtovağzal kimi seçən kiçiktutumlu sərnişin avtobuslarının sürücüləri rayonlara qeyri-qanuni olaraq sərnişin daşıyırlar.
Ərazidə çəkiliş etdiyimiz zaman sərnişin tutumu 8 nəfər olan nəqliyyat vasitələrindən birinin sürücüsü gəldi.
Daha sonra digər nəqliyyat vasitələrinin sürücüləri də ərazidən uzaqlaşmaq istədilər. Bu zaman patrul əməkdaşları onları saxladı. Sürücü əvvəlcə sərnişin aparmadığını desə də, sonradan bu əməlini etiraf etdi.
Saxlanan hər biri sürücü barəsində sərnişindaşıma qayadsını pozduqları üçün 3 bal və 60 manat məbləğində cərimə tətbiq olundu.
Digər bir gizlin avtovağzal isə avtomobillərin təmir yerində aşkar olunub.
Yol polisi bayramla əlaqədar rayonlara gedən sərnişinlərin çxoluğunu nəzarə alaraq avtovağzal qarşısında dayanma və durma qaydasını pozmaqla süni sıxlğa səbəb olan sürücüləri də cərimə edib. Qaydaları pozan nəqliyyat vasitələrinin fotoları çəkilib və elektron protokol tərtib olunub.


Geri dön