Ana Sayfa > Karusel / Hadisə > Bakıda zavodda partlayış olub, xəsarət alan var

Bakıda zavodda partlayış olub, xəsarət alan var


1-05-2022, 10:24. Yazar: Xeberaz

Bakıda zavodda partlayış olub, xəsarət alan var 



Bakıda xəsarətlə nəticələnən partlayış hadisəsi baş verib.
Hadisə Qaradağ rayonunda qeydə alınıb.
Ələt qəsəbəsindəki zavodlardan birində qaz sızması nəticəsində baş verən partlayış zamanı fəhlə, 2001-ci il təvəllüdlü Həsənov Qulu Tural oğlu müxtəlif xəsarətlər alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarının küt travması, sol qolun sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Geri dön