Ana Sayfa > Karusel / Maraqlı / M2 > Ov tüfəngindən atəş açdı

Ov tüfəngindən atəş açdı


23-08-2015, 00:43. Yazar: Xeberaz
Ov tüfəngindən atəş açdı

Odessa vilayətinin Arçiz rayonunun sakini iti ilə ovdan qayıdarkən öz ov tüfəngindən ağır yara alıb.

Xəbəraz məlumat verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayətinin şöbəsindən məlumat verilib.

“38 yaşlı ovçu ovdan evə qayıdırmış. Avtomobilə oturarkən ov tüfəngi çiynindən asılmış vəziyyətdə olub. Bu zaman avtomobilin salonuna gözlənilmədən onun iti daxil olaraq pəncəsi ilə silahın tətiyinə toxunub. Açılan atəş nəticəsində kişi sağ çiynindən ağır xəsarət alıb. O, Arçiz rayon xəstəxanasına çatdırılıb”, - polisin məlumatında bildirilib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön