Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Sumqayıtdakı yanğınla bağlı xəstəxanaya gətirilənlərin sayı AÇIQLANDI

Sumqayıtdakı yanğınla bağlı xəstəxanaya gətirilənlərin sayı AÇIQLANDI


29-04-2022, 10:30. Yazar: Xeberaz




Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına doqquz daxilolma qeydə alınıb. Yeddi nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.
Bu barədə  TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.
O bildirib ki, hazırda iki nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır:
“Həyatları üçün heç bir təhlükə yoxdur”.
Qeyd edək ki, yanğın başlayan kimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerinə cəlb olunub.


Geri dön