Ana Sayfa > Karusel / Dünya / Araşdırma > Suriyanın raket əleyhinə müdafiə qüvvələri İsrailin qırıcı təyyarəsini vurdu

Suriyanın raket əleyhinə müdafiə qüvvələri İsrailin qırıcı təyyarəsini vurdu


23-08-2015, 00:31. Yazar: Xeberaz
Suriyanın raket əleyhinə müdafiə qüvvələri İsrailin qırıcı təyyarəsini vurdu
Təyyarə Suriyanın hava məkanını pozub.

Suriyanın raket əleyhinə müdafiə qüvvələri İsrailin qırıcı təyyarəsini vurub.

Bu barədə Fars News agentliyi məlumat yayıb.

Təyyarə Suriyanın hava məkanını pozub. O, Suriyanın cənub qərbində Əl-Kuneytr şəhərinin üzərində avqustun 21-də vurulub.

Avqustun 21-də İsrail Suriyanın ərazisinə Qolan təpələri rayonuna avia zərbələr endirib. Bu, Suriya tərəfindən bu yaxınlarda həyata keçirlimiş zərbələrə cavab olub.

İsrail tərəfindən ümumilikdə dörd raket buraxılıb, onlardan ikisi Qolan təpələri, digər ikisi isə Qaliley şəhərinə atılıb. Oxu.Az
Geri dön