Ana Sayfa > Karusel / Qoroskop > Yeni din, canlı robotlar, sürətli qocalma... - Vanqadan dəhşətli proqnoz

Yeni din, canlı robotlar, sürətli qocalma... - Vanqadan dəhşətli proqnoz


22-04-2022, 11:38. Yazar: Xeberaz

Vanqanın növbəti illər üçün verdiyi dəhşətli proqnozları ortaya çıxıb.
11 sentyabr terroru, Obamanın prezident seçilməsi, koronavirus pandemiyası, Rusiya-Ukrayna müharibəsi və digər hadisələri əvvəlcədən bilən Baba Vanqanın 2022-ci il üçün dedikləri də dünya mediasında geniş müzakirələrə səbəb olmuşdu.
Vanqanın növbəti illər üçün verdiyi dəhşətli proqnozları təqdim edirik:
2023-cü il - Yerin orbitində müəyyən dəyişikliklər olacaq.
2033-cü il - Qütbdəki buzlaqlar əridikcə yer kürəsində suyun səviyyəsi artacaq.
2043-cü il - Dünya iqtisadiyyatı çox yaxşı vəziyyətdə olacaq. Avropanı müsəlmanlar idarə edəcək.
2046-cı il - İnsanın bütün vücud orqanlarını yenidən bərpa etmək mümkün olacaq. Xəstə orqanın yenisi ilə əvəz edilməsi ən çox istifadə edilən və ən sadə prosedur olacaq.
2066-cı il - ABŞ müsəlmanların nəzarətində olan Romaya qarşı iqlim dəyişdirəcək bir silahdan istifadə edəcək. Nəticədə temperaturun ani və kəskin düşməsi müşahidə olunacaq.
2076-cı il - Sinifsiz bir cəmiyyət nizamı təklif edən kommunizm bütün dünyaya hakim olacaq.
2088-ci il - İnsanların saniyələr içərisində qocalmasına səbəb olacaq yeni bir xəstəlik peydə olacaq.
2097-ci il - Sürətli qocalma xəstəliyinin müalicəsi tapılacaq.
2100-cü il - Yerin qaranlıq tərəfini işıqlandırmaq üçün süni Günəşdən istifadə olunacaq.
2111-ci il - İnsanlar canlı robotlara çevriləcək.
2123-cü il - Kiçik ölkələr arasında müharibə olacaq, böyük ölkələr bütün bunlardan kənarda qalacaq.
2164-cü il - Heyvanlar yarı insan halına dönəcək.
2167-ci il - Yeni bir din ortaya çıxacaq.

Geri dön