Ana Sayfa > Karusel / Gündəm / M2 > Azərbaycanda güclü, dağıdıcı zəlzələ gözlənilir? - AÇIQLAMA

Azərbaycanda güclü, dağıdıcı zəlzələ gözlənilir? - AÇIQLAMA


22-04-2022, 11:33. Yazar: Xeberaz

Azərbaycanda hər gün zəif dərəcədə də olsa yeraltı təkanlar olur.
Bunu açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.
O deyib ki, hər gün yeraltı təkanların olması təbiidir.
"Son günlərdə Mingəçevir, Salyan, Zaqatala, Balakən tərəflərdə üç bal gücündə zəlzələlərin olması insanları qorxutmasın. Azərbaycanda qorxulu, dağıdıcı zəlzələ gözlənilmir. Təkanların çoxu zəif hiss edilir", - deyə Q.Yetirmişli qeyd edib.

Geri dön