Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Pərvin Abıyeva: "Tik-tokdan bir aya 35-36 min dollar qazanmışam" - VİDEO

Pərvin Abıyeva: "Tik-tokdan bir aya 35-36 min dollar qazanmışam" - VİDEO


21-04-2022, 11:32. Yazar: Xeberaz



Aktrisa Pərvin Abıyeva tiktokdan qazandığı məbləği açıqlayıb.
Bu barədə aktrisa "Tarixin bir günü" verilişində danışıb. Pərvin tiktoka gəldiyi ilk ayda 36 min dollar qazandığını bildirib:
"İndi deyirlər ki, bütün gününü tiktokda keçirirsən. Bir də görürsən heç girmirəm, qazanmıram. Amma olur ki, günə 3 min dollar pul gəlir. Tiktoka ilk gəldiyim ay 35-36 min dollar qazanmışam. O pulu özümə xərcləmədim. Qazanmağı sevən adamam. Əvvəl tiktokda qazanmaq olmurdu və ona görə də istifadə etmirdim. İndi isə oyunlara görə girirəm. Çünki nə yolla olursa-olsun pul qazanmağı sevən insanam. Kişi kimi bir varlığam, daşdan pul çıxarmağı bacarıram. Harada pul görürəmsə, ora qaçıram. Pulu yox, qazanmağı sevdiyimə görədir".



Geri dön