Ana Sayfa > Karusel / Gündəm > Güclü külək nə vaxt səngiyəcək?

Güclü külək nə vaxt səngiyəcək?


21-04-2022, 11:27. Yazar: Xeberaz


Azərbaycanda başlayan güclü şimal-qərb küləyi və rayonlarda müşahidə olunan yağıntılı hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.
Xeberaz.Az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, axşama doğru yağıntının kəsiləcəyi gözlənilir:
"Eyni zamanda, güclü şimal-qərb küləyi tədricən mülayimləşəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir",- deyə G.Məmmədova bildirib.

Geri dön