Ana Sayfa > Karusel / Şou-Biznes > Hüseynin fanatlarına aldığı ayfonları kim mənimsədi?

Hüseynin fanatlarına aldığı ayfonları kim mənimsədi?


20-04-2022, 16:23. Yazar: Xeberaz

Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov aprelin 17-də Bakıda "Park-Bulvar"da pərəstişkarları ilə görüşüb.
Xeberaz.Az xəbər verir ki, görüşdən öncə "Soliton" mağazalar şəbəkəsi blogerin fanatları üçün Ayfon (İPhone) və digər markalardan ibarət 20-dən çox mobil telefon aldığı barədə videogörüntü paylaşmışdı.
Lakin H.Həsənovun 5 dəqiqədən artıq qala bilmədiyi görüş zamanı əlində öz telefonundan başqa heç nə yox idi. Blogerin özü də sosial şəbəkə hesablarında bununla bağlı heç bir görüntü paylaşmadı.
Bəzi iddialara görə, bu ayfonları Həsənovun mühafizəçiləri götürüb.

Geri dön