Ana Sayfa > Karusel / Hadisə > Bakıda küçədə yeniyetmənin anasını öldürməsinin ilkin səbəbi məlum oldu - YENİLƏNİB

Bakıda küçədə yeniyetmənin anasını öldürməsinin ilkin səbəbi məlum oldu - YENİLƏNİB


20-04-2022, 16:11. Yazar: Xeberaz


15:26
Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Nizami Rayon Prokurorluğundan bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
---------
14:04
Bakıda oğul anasını qətlə yetirib.
Hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun "Neftçilər" stansiyasının qarşısında baş verib.
Stansiyanın qarşısında oğul anasını bıçaqlayaraq qətlə yetirib.
O qətli törədəndən sonra hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən 15 yaşlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.

Geri dön