Ana Sayfa > Karusel / Gündəm > "Google Maps"a söyüşlü məkanlar yazanlara XƏBƏRDARLIQ

"Google Maps"a söyüşlü məkanlar yazanlara XƏBƏRDARLIQ


20-04-2022, 11:05. Yazar: Xeberaz


“Google Maps”də bəzən məkanların qeyri-etik sözlərlə ifadə edildiyinin şahidi olmuşuq.

Bəziləri qəsəbə və ya kəndlərdə, məsələn, “Ruslanın bərbərxanası”, “2 manatlıq dönər” kimi məntəqə adlarını xəritədə qeyd edirlər. Xeberaz.az-ın məlumatına görə, “Google Maps” eksperti Elvin Hüseynov bildirib ki, məkan kimi əlavə olunan qeyri-etik yazılar bundan sonra 24 saat sonra xəritədən silinəcək:

“Təbii ki, silinmə mərhələsinə xüsusi nəzarəti mən edəcəm. Xüsusilə vurğulamaq istərdim ki, Çilov adası ərazisində qeyri-etik adlara rast gəlmək mümkün olurdu. Bu şəxslərin aşkar olunub hüquq mühafizə orqanlarına şikayət olunmaları təmin olunacaq”.

Geri dön