Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Ağcabədidə ata öz oğlunu bıçaqlayıb - FOTO

Ağcabədidə ata öz oğlunu bıçaqlayıb - FOTO


22-08-2015, 16:40. Yazar: Xeberaz
Ağcabədidə ata öz oğlunu bıçaqlayıb - FOTO
Niyaz Ağayev polis tərəfindən saxlanılıb.


Xeberaz.az Ağcabədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Babək küçəsində yaşayan 1958-ci il təvəllüdlü Niyazi Ağayev aralarında yaranan şəxsi münasibətlər zəminində oğlu 1989-cu il təvəllüdlü Fərhad Niyazi oğlu Ağayevi bıçaqlayıb.

2 bıçaq zərbəsi alan yaralı ailə üzvlərinin köməyi ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildiriblər ki, yaralı qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq zərbələri alıb. Hazırda onun vəziyyəti orta ağırdır.

Cinayəti törətməkdə təqsirli bilinən Niyaz Ağayev polis tərəfindən saxlanılıb.

Ağcabədi rayon Polis İdarəsində hadisənin dəqiq səbəbləri araşdırılır.
Geri dön