Ana Sayfa > Karusel / Hadisə / M2 > Lənkəranda arvad ərini qanına boyadı

Lənkəranda arvad ərini qanına boyadı


22-08-2015, 16:34. Yazar: Xeberaz
Lənkəranda arvad ərini qanına boyadı
Faktla bağlı araşdırma aparılır.

Ötən gecə Lənkəranda bıçaqlanma faktı qeydə alınıb.

Xeberaz.az -ın APA-ya istinadən məlumatına görə, rayonun Şilavar kənd sakini, 1987-ci il təvəllüdlü Elmar Amil oğlu Məmmədov sol qolunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) qəbul olunub. Yaralıya dərhal müvafiq tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir.

E. Məmmədov ilkin ifadəsində ona kim tərəfindən xəsarət yetirildiyini bildirməyib. Lakin onun həyat yoldaşı hadisəni özünümüdafiə zəminində törətdiyini boynuna alıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön