Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda iftar məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Azərbaycanda iftar məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ


19-04-2022, 11:01. Yazar: Xeberaz


Göyçayda kütləvi zəhərlənmə olub.
Hadisə aprelin 18-i Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki "Zeynəb" restoranında qeydə alınıb. Oradakı iftar süfrəsində iştirak edən 10 nəfər məclisdən sonra özlərini pis hiss ediblər. Onların hər biri bu gecə saat 1 radələrində rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin ehtimala görə, zərərçəkmişlərin pomidordan zəhərləndikləri bildirilir.
Onların hər biri xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.

Geri dön