Ana Sayfa > Karusel / Hadisə > Keçmiş nişanlısı tələbə qızı universitetin qarşısında bıçaqladı - YENİLƏNİB

Keçmiş nişanlısı tələbə qızı universitetin qarşısında bıçaqladı - YENİLƏNİB


18-04-2022, 20:29. Yazar: Xeberaz

17:34
Sumqayıt Dövlət Universiteti (SDU) tələbənin bıçaqlanması ilə bağlı məsələyə münasibət bildirib.
Universitetin qarşısında tələbənin bıçaqlanması ilə bağlı məsələyə münasibət bildirərək deyib ki, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar.
"Məlum hadisə isə aprelin14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib. Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi Əliyeva Aydan Rövşən qızı aprelin 14-də istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanıb. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb", - deyə bildirilib.
Qeyd edək ki, tələbə Əliyeva Aydan Rövşən qızı nümunəvi tələbələrdən biridir. Hazırda vəziyyəti qənaətbəxşdir.
-------
15:36
Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) qarşısında bıçaqlanma olub.
Səhər saatlarında ali məktəbin tələbəsi A. Əliyeva universitetə gələrkən bıçaqlanıb.
Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, A.Əliyevaya 14 kəsilmiş-deşilmiş xəsarət yetirilib.
Hadisənin qızın xalası oğlu, həmçinin keçmiş nişanlısı olan şəxs tərəfindən törədildiyi bildirilir.
Araşdırmalar davam etdirilir.

Geri dön