Ana Sayfa > Karusel / Gündəm / Qarabağdan xəbər var > “Tunel qırğını”nın şahidləri və öldürülən şəxslərin yaxınları Kəlbəcərə səfər edib

“Tunel qırğını”nın şahidləri və öldürülən şəxslərin yaxınları Kəlbəcərə səfər edib


16-04-2022, 11:18. Yazar: Xeberaz

“Tunel qırğını”nın şahidləri və öldürülən şəxslərin yaxınları Kəlbəcərə səfər edib



Ermənilərin işğal zamanı Kəlbəcəri tərk etmək istəyərkən "tunel qırğını"nda öldürülən soydaşlarımızın xatirəsinin anılması məqsədi ilə hadisə şahidləri, öldürülən şəxslərin yaxınlarının Kəlbəcərə səfəri təşkil edilib.
Ermənilərin işğalı zamanı Kəlbəcər tunelini keçmək istəyərkən qətlə yetirilən soydaşlarımızın xatirəsi hadisə yerində anılıb.
Səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.
Faciəni yaşayan təxminən 20-dən artıq Kəlbəcər sakini, rayon ziyalıları və şəhid olanların yaxınları, ailə üzvü Göygöl rayonunun Toğanalı kəndindən hərəkət ediblər.
Qeyd edək ki, faciə zamanı bir çox Kəlbəcər sakini ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.



Geri dön