Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > Azərbaycanda COVID-19 pasportu ləğv ediləcək?

Azərbaycanda COVID-19 pasportu ləğv ediləcək?


15-04-2022, 11:44. Yazar: Xeberaz

Azərbaycanda COVID-19 pasportu ləğv ediləcək?




TƏBİB Azərbaycanda COVID-19 pasportunun ləğv edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.
Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib. 
O qeyd edib ki, koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər mərhələli şəkildə aradan qaldırılır: 
“Bu məsələ ölkədə COVID-19 infeksiyasının yayılması tezliyi əsasında müəyyənləşir. Bir çox məhdudiyyətlərin aradan qaldırılması müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər əsasında dəyərləndirilir. Ümid edirik ki, yaxın vaxtlarda verilən təkliflərlə bağlı da qərarlar qəbul ediləcək və digər məhdudiyyətlər də aradan qaldırılacaq”.




Geri dön