Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Alkoqollu içkilərin də qiyməti QALXACAQ
Alkoqollu içkilərin də qiyməti QALXACAQ14-04-2022, 11:07. Yazar: Xeberaz |
Bu, Nazirlər Kabinetinin 14 mart tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb. Qərar dərc edildiyi gündən 30 gün sonra, yəni aprelin 14-də qüvvəyə minir. Qərara əsasən, denaturasiya olunmamış etil spirti üçün (80 həcm faiz və ya çox spirt qatılığı ilə, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti) aksiz dərəcəsi 1 litr üçün 5,2 manatdan 6 manata qaldırılıb. Aksiz dərəcəsi üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 1 litr üçün 7,2 manatdan 8 manata, viski üçün 1 litr üçün 11,2 manatdan 12 manata qaldırılıb. Qeyd edək ki, bu gündən siqaret və qəlyan tütünləri, onların əvəzediciləri üçün də aksiz qiyməti qalxıb. Geri dön |