Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Buster dozadan əlavə vaksin vurulmalıdır? - ÜST-dən AÇIQLAMA
Buster dozadan əlavə vaksin vurulmalıdır? - ÜST-dən AÇIQLAMA14-04-2022, 10:19. Yazar: Xeberaz |
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən bildirilib. Qeyd olunub ki, mövcud sübutlara əsasən, ÜST və ÜST-nin Avropa Regionunda Milli İmmunlaşdırma Texniki Məsləhət Qruplarının əksəriyyəti hazırda bir çox ölkələrdə tətbiq olunan üçüncü dozadan artıq əlavə COVID-19 buster dozalarını tövsiyə etməyib. "ÜST peyvəndin effektivliyi ilə bağlı meydana çıxan sübutları nəzərdən keçirməyə davam edəcək və buster dozalar da daxil olmaqla, COVID-19 peyvəndi siyasəti ilə bağlı ölkələrə əlavə təlimatlar təqdim edəcək", - deyə əlavə edilib. Geri dön |