Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV > Azərbaycanda bu məhsullar bahalaşdı - 5,5 AZN oldu - VİDEO

Azərbaycanda bu məhsullar bahalaşdı - 5,5 AZN oldu - VİDEO


14-04-2022, 10:12. Yazar: Xeberaz

Azərbaycanda bu məhsullar bahalaşdı


Tələbatın yüksək olduğu quş əti məhsullarında bahalaşma müşahidə edilir.
Satıcılar bahalaşmanın səbəbini sözügedən məhsulları gətirən firmaların təyin etdiyi qiymətlərlə əlaqəndirirlər.
Azərbaycan quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiasiyasının rəhbəri Mürvət Həsənli "Xəzər Xəbər"ə açıqlamasında bahalaşmaya yem və pərakəndə satış obyektləri ilə firmalar arasında yaranan problemlərin səbəb olduğunu vurğulayıb.
Mürvət Həsənli onu da bildirdi ki, yemin bahalaşması daha çox Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədardır. Buna görə hər iki ölkə ixraca müəyyən məhdudiyyətlər qoyub. Hətta Argentina da soya satışına limit tətbiq edib.









Geri dön