Ana Sayfa > Karusel / Hadisə > Metroda nasazlıq yarandı, sərnişinlər düşürüldü

Metroda nasazlıq yarandı, sərnişinlər düşürüldü


13-04-2022, 10:25. Yazar: Xeberaz


Bakı Metropolitenin "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub. 
Qurumdan verilən məlumata görə, bu səbəbdən "Neftçilər" stansiyasında, normativ tələblərə görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya dalanına verilib. 
Nəticədə xətdə 2 dəqiqə yubanma yaranıb. Xəttə nasaz qatarın əvəzinə qatar verilib.

Geri dön