Ana Sayfa > Karusel / Hadisə > Bakıda gecə klubunda yaralanan seneqallı qız ölüb? - AÇIQLAMA

Bakıda gecə klubunda yaralanan seneqallı qız ölüb? - AÇIQLAMA


11-04-2022, 14:10. Yazar: Xeberaz





Bakıda gecə klubunda baş vermiş partlayış zamanı yaralanan Seneqal vətəndaşı Sanura Namuda Fatemahın vəfat etdiyi haqda sosial şəbəkələrdə məlumat yayılıb. 

TƏBİB-dən bildirilib ki, qızın ölüm xəbəri yalandır, hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bildirilib ki, Fatemajın ağciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır, vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü Fatemah sözügedən klubda rəqqasə kimi fəaliyyət göstərirmiş. 
Xatırladaq ki, "Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.




Geri dön