Ana Sayfa > Karusel / Hadisə > Bakıda 80 yaşlı kişinin evinə girib, əl-qolunu bağlayıb pulunu oğurladılar

Bakıda 80 yaşlı kişinin evinə girib, əl-qolunu bağlayıb pulunu oğurladılar


11-04-2022, 11:11. Yazar: Xeberaz

Bakıda 80 yaşlı kişinin evinə girib, əl-qolunu bağlayıb pulunu oğurladılar



Bakıda yaşlı kişinin evi qarət olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib.
DİN-in “102 - Zəng Mərkəzi”nə aprelin 10-da saat 2 radələrində Biləcəri qəsəbəsində yaşayan 80 yaşlı N.Əlimuradovun yaşadığı evə girən 2 nəfərin onun əllərini iplə bağlayıb 260 manat pulunu və ərzaq mallarını talamaları barədə məlumat daxil olub.
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluğa görə məhkum olunanlar - Kürdəmir rayon sakini İkram Məmmədov və Yevlax rayon sakini Tarıyel Vəliyev müəyyən edilərək saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.



Geri dön