Ana Sayfa > Karusel / Səhiyyə > Orqanizmi təmizləmək üçün ÇOX SADƏ RESEPT

Orqanizmi təmizləmək üçün ÇOX SADƏ RESEPT


11-04-2022, 11:10. Yazar: Xeberaz


Bu sadə dəmləmə orqanizmi ziyanlı maddələrdən təmizləyir, maddələr mübadiləsini yaxşılaşdırır, arıqladır, insanı daha gümrah edir.
Dəmləmənin hazırlanması üçün bizə limon, bal və darçın lazım olacaq.
Bal və darçın təbii olmalıdır.
Dəmləməni hazırlamaq üçün yarım çay qaşığı darçını 250 ml qaynar suda dəmləyin.
Dəmləmə soyuyub ilıq olanda ona yarım limonun şirəsini və 2 çay qaşığı bal əlavə edin.
Dəmləmənin yarısını səhər acqarına yeməkdən əvvəl, yarısını isə axşam yatmazdan qabaq için.
Bunu 10-15 gün ərzində qəbul edin.


Geri dön